Dünən yazmışdım ki, indi imkanı olan hər ölkə Rusiyaya iddialarını irəli sürəcək. Bu gün artıq Moldova prezidenti bu fikri təsdiqlədi. Maya Sandu deyib ki, Rusiya qoşunlarının Dnestryanıdan çıxarılması bütün Avropa üçün vacibdir. Moldova prezidenti bildirib ki, Rusiya regiondan təzyiq və qorxutma üçün istifadə etməyə çalışır, lakin Kişinyov Moskvanın onun siyasətinə təsir etməsinə imkan verməyəcək. "Mən ölkəmin təhlükəsiz olmasını, Moldovanın azad dünyanın bir hissəsi olmasını istəyirəm. Bölgəmizdəki kiçik ölkələr üçün AB üzvlüyü yaşam strategiyasıdır" - deyə, Sandu vurğulayıb. O, həmçinin Moldovanın 2030-cu ilə qədər AB-yə qoşulmaq məqsədini bir daha təsdiqləyib. Dadash Ahmadli TEREF