Almaniya Belarusla sərhədə qoşun yeridib

Bu gün, 12:24           
Almaniya Belarusla sərhədə qoşun yeridib
Hazırda Litvada Belarus sərhədindən cəmi 20 kilometr məsafədə təlim keçən 1,8 min alman əsgəri yerləşdirilib.

32gun.az xəbər verir ki, Bild xəbər verib.

Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, Almaniya qoşunlarının ölkəyə köçürülməsi planlaşdırılan qrafiki qabaqlayır və tərəflərin 2027-ci ilin sonunadək, bəlkə də daha tez bir zamanda briqadanın tam təchiz olunaraq döyüşə hazır vəziyyətə gətirilməsini yekunlaşdıracaqlarını ehtimal etmək olar. Nazir bu briqadanın NATO-nun şərq cinahı, Litvanın təhlükəsizliyi və bütövlükdə alyansın ərazisi üçün müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Bununla belə, Almaniya ordusunda (Bundestaqda) könüllü əsgər çatışmazlığı fonunda fərqli addımların atılması gündəmdədir. Bundesverin general-leytenantı Kristian Froydinq bəyan edib ki, ordunun əsas məqsədi 2027-ci ildə Litva briqadasının tam operativ hazırlığına nail olmaqdır və bunun üçün könüllülük prinsipi ilə yanaşı, zəruri hallarda məcburi tədbirlərdən də istifadə olunacaq. Eyni zamanda, Bundestaqın müdafiə komitəsinin sədri Tomas Rövekamp da fevral ayında xəbərdarlıq etmişdi ki, könüllülərin sayı yetərli olmadığı təqdirdə briqadanın komplektləşdirilməsi məcburi qaydada həyata keçirilə bilər. Qeyd edək ki, Almaniya və Litva müdafiə nazirləri bu razılaşmanı hələ 2023-cü ilin sonunda əldə etmiş, 2025-ci ilin mayında isə rəsmi Berlin qoşunların ilk hissəsini artıq Litvaya göndərmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru