Tramp ABŞ-nin NATO-ya hər il 600 milyard dollar ayırmasını tənqid etdi
Bu gün, 10:59
"Amerika Birləşmiş Ştatlarının NATO üçün ayırdığı vəsaitlər həddindən artıq çoxdur".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Avropa dövlətlərinin İranla münaqişədə dəstək verməkdən imtina etməsinə münasibət bildirərkən danışıb.
"Beləliklə, biz bu qədər vəsait xərclədik - bəlkə də, 600... Məncə, biz ildə 600 milyard dollar sərf edirdik, elə deyilmi? Bir düşünün: bizim NATO-ya xərclədiyimiz məbləğlər sadəcə ağlasığmazdır, lakin onlar bizə heç bir kömək etmədilər", - deyə o, Ağ Evdə jurnalistlərə açıqlamasında qeyd edib.
ABŞ rəhbərinin sözlərinə görə, əgər Birləşmiş Ştatlar kiçik məsələlərdə belə dəstək ala bilmirsə, o zaman onların da kömək göstərməkdən boyun qaçırmaq hüququ var.