BMT Adil Bağırovun USAN-ABŞ Azərbaycanlıları Şəbəkəsi ilə əməkdaşlığı dayandırıb
Bu gün, 10:44

Bu təşkilat ABŞ-da faəliyyət göstərən, Azərbaycanın mənafelərini müdafiə edən, ABŞ dövlət qurumlarına çıxışı olan, nüfuzli təşkilatdır
TEREF "Poliqon"a istinadən xəbər verir ki, qurumun adı bir zamanlar Fətullah Gülənin "Hizmət" hərəkatı ilə də çəkilib.
Qurumun təsisçisi Fətullah Gülən olmasa da, onun rəhbəri Adil Bağırovun ABŞ-da Gülən hərəkatına yaxın olan şəbəkələr, xüsusilə "Turquoise Council for Americans and Eurasians" (TCAE) və onun rəhbəri Kamal Öksüz ilə sıx əməkdaşlıq əlaqələri olub. Bu əlaqələr ABŞ-dakı lobbiçilik fəaliyyətlərində özünü bir neçə mühüm məqamda büruzə verib.
Adil Bağırov, tanınmış Rusiya politoloqu, professor və enerji eksperti Toğrul Bağırovun oğludur. Onun ailəsi həm Azərbaycanda, həm də beynəlxalq enerji və siyasi elitada kifayət qədər tanınır.

Atası haqqında mühüm faktlar bunlardır: Toğrul Bağırov Rusiyanın neft-qaz elitasında güclü əlaqələrə malik olub, 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri işləyib. "Qazprom", "Lukoyl" və "Transneft" kimi nəhəng şirkətlərdə məsləhətçi olub.
Azərbaycanda "Əsrin müqaviləsi" imzalanarkən Rusiyanın enerji maraqlarının təmin olunmasında və Rusiyanın "Lukoyl" şirkətinin bu layihədən 10% pay almasında vasitəçilik edən əsas şəxslərdən biri olub. Moskva Beynəlxalq Neft Klubunun icraçı vitse-prezidenti və BMT-nin qlobal enerji problemləri üzrə eksperti vəzifələrini tutub. 2019-cu ildə Moskvada vəfat edib.
1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olan Adil Bağırov 1999-cu ildə Cənubi Kaliforniya Universitetinin məzunu olub. O, beynəlxalq münasibətlər və biznesin təşkili ixtisası üzrə təhsil alıb. 2002-ci il noyabr ayında “Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb.
2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neftqazfaktoru” mövzusunda dissertasiya müdafiə etmiş və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb.

Adil Bağırov 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-ın Nümayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. O, 2009-cu ildən ABŞ-da qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

