Ətə vurulan möhür TƏHLÜKƏSİ: “AQTA məlumat versin”

Bu gün, 09:24           
Ətə vurulan möhür TƏHLÜKƏSİ: “AQTA məlumat versin”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir. Amma bu möhür zamanı kimyəvi maddədən istifadə edilir

Tribuna.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O qeyd edib ki, bu möhür ətə zərərdir:

“Mənə bir neçə rayonda deyiblər (hətta göstəriblər) ki, bu möhür üçün kimyəvi məhluldan (mürəkkəbdən) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur.

Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır.

Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır.

Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi yaxşı olardı”.

Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru