Rus əsgəri Ermənistanda vəhşicəsinə öldürüldü

15-06-2015, 17:23           
Rus əsgəri Ermənistanda vəhşicəsinə öldürüldü
Bu gün Ermənistanın Gümrü şəhərindəki “Ana Ermənistan” abidəsinin yaxınlığında gənc kişi meyiti tapılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Şirak vilayətinin prokuroru Raffi Aslanyan məlumat verib.

Aslanyanın sözlərinə görə, meyit abidənin yaxınlığındakı ərazidə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Həmçinin həmin şəxsin kimliyi də müəyyənləşdirilib. Qətlə yetirilən şəxs Rusiyanın Gümrüdə dislokasiya olunmuş hərbi bazasının hərbi qulluqçusu İvan Novikovdur. R.Aslanyanın sözlərinə görə, İ.Novikov cəmi iki ay əvvəl hərbi xidmətə çağırılıbmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]