Məzuniyyətə çıxan işçiyə görə əlavə ödəniş ala bilərsiniz - Qanun nə deyir? - VİDEO

Dünən, 16:18           
Məzuniyyətə çıxan işçiyə görə əlavə ödəniş ala bilərsiniz - Qanun nə deyir? - VİDEO
Azərbaycanda əmək məzuniyyəti üçün işçi müəssisədə əvvəlki iş ili daxil olmaqla 6 ay işləməlidir, lakin tərəflərin razılığı ilə bu müddət gözlənilmədən də istifadə oluna bilər.

Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu məzuniyyətə çıxan işçini əvəz edən şəxsə əlavə ödənişlə bağlıdır.

Kimlər əlavə ödəniş almalıdır?

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru