Fransada büdcə böhranı: Hökumət xərcləri ixtisar etməyə məcburdur

Bu gün, 10:24           
Fransada büdcə böhranı:
Fransa hökuməti artan büdcə kəsiri ilə mübarizə aparmaq məqsədilə 2027-ci ildə büdcə siyasətini sərtləşdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Les Echos" nəşri məlumat yayıb.

Bildirilib ki, bu addım nazirliklərin əksəriyyətini öz xərclərini azaltmağa məcbur edəcək. 2027-ci ildə dövlət xərclərinin nominal həcmi 20 milyard avro artaraq 417 milyard avro təşkil edəcək. Lakin bu vəsaitin əsas hissəsi dövlət borcunun ödənməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək. Beləliklə, ekologiya, təhlükəsizlik və regional inkişaf sahələrindəki prioritet istiqamətlər istisna olmaqla, demək olar ki, bütün digər qurumlar büdcə kəsiri ilə üzləşəcəklər.

Ən böyük ixtisarlar Əmək Nazirliyinə şamil olunacaq ki, onun büdcəsi 1,9 milyard avro azala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru