Şəmkirdə qorxulu anlar: Restorana gedən sakinlər niyə xəstəxanalıq oldular? - VİDEO

Bu gün, 10:27           
Şəmkirdə qorxulu anlar: Restorana gedən sakinlər niyə xəstəxanalıq oldular? - VİDEO
Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Baku TV-nin məlumatına görə, rayonun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında zəhərlənən 11 nəfərə zəruri tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Hüsniyyə Həsənova bildirib ki, restoranın fəaliyyəti müvəqqəti dayandırılıb. Qurum əməkdaşları tərəfindən qida nümunələri götürülərək laborator müayinəyə cəlb edilib.
TEREF yazır ki, sosial şəbəkələrdə və mediada yayılan və təkzib olunmayan məlumata görə "Narın Qala" restoranı İcra başçısının müavininə məxsusdur!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru