Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski

Bu gün, 09:58           
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Birləşmiş Ərəb Əmirlikləri Ukraynaya Qara dənizdə dəniz ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunmasında kömək edə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ilə telefon danışığının yekunlarına dair açıqlamasında bildirib.

"Biz BƏƏ-nin Avropada, xüsusilə də Qara dəniz regionunda bizə necə kömək edə biləcəyini müzakirə etdik. Söhbət ərzaq təhlükəsizliyindən, dəniz marşrutlarının təhlükəsizliyindən və insan həyatının qorunması imkanlarının genişləndirilməsindən gedir. Həmçinin müxtəlif sahələrdə ikitərəfli layihələri müzakirə etdik. Bütün bunların həyata keçirilməsi üçün çalışırıq", – deyə Zelenski bildirib.

O, həmçinin BƏƏ-yə vəziyyəti tam anlayışla qarşılamasına və Ukraynanın sülh səylərinə verdiyi dəstəyə görə təşəkkür edib.

"Ukrayna həmişə bizə kömək edənlərə dəstək verir. Bu il ukraynalılar tərəfdaşlarımızın Fars körfəzi regionunda təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə veriblər", – deyə dövlət başçısı əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru