Boşnaklar, sinqapurlular bura necə gələcək, ən əsası, niyə gələcək?!
Bu gün, 09:34
Rəsmi: "Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib". Yaxşı xəbərdir, ümumiyyətlə AB ölkələri, ABŞ, Kanada, Avstraliya kimi ölkələrlər üçün də viza ləğv edilməlidir. Sadəcə sual yaranır ki, boşnaklar, sinqapurlular bura necə gələcək, ən əsası, niyə gələcək?! Biletlər baha, təqdimat zəif, hekayə quruculuğu az - yəni, bir sinqapurlunun başında, "bizə niyə səfər etməlidir", sualı yarananda, azı 5 tanınmış hekayə ağlına gəlməlidir. Varmı elə cəlbedici turizm məhsulumuz, hekayəmiz?! Natig Jafarli