"Sonra yenə Bağırov gələrək məni şillələməyə və yerə yıxaraq təpikləməyə başladı"

Bu gün, 09:14           
"Sonra yenə Bağırov gələrək məni şillələməyə və yerə yıxaraq təpikləməyə başladı"
1923-cü ilin 5 oktyabrında Müsavat Partiyasına aid gizli mətbəə aşkar edilərkən Bağırov çekistləri və partiya üzvlərini səfərbər edərək sankı şəhərdə üsyan qaldırılacaqmış kimi, küçələrin başına çekaya bağlı olan qızıl əsgər və polislər yerləşdirmişdi. Yarı sərxoş və təlaşlı bir halda çekanın mərkəzi binasına gələrək mətbəədə yaxalanan gənc müsavatçıları və sonra da məni şəxsən sorğuya çəkmişdi. Əlində tapança ilə üstümə cumaraq mətbəədə tapılan "İstiqlal" qəzetini kimlərin vasitəsilə çap etdiyimi və ən pis söyüşlər yağdıraraq öyrənmək istəyirdi. Nə mətbəədən, nə də qəzetdən heç bir xəbərimin olmadığını söyləyincə, tapançasını ağzıma dayadı. Fəqət daha öncə aldığı təlimata uyğun olaraq, yanındakı gənc bir yəhudi tez gaçaraq Bağırovu bir kənara çəkdi və özü əlindəki əsa ilə başıma vurmağa başladı. Sonra yenə Bağırov gələrək məni şillələməyə və yerə yıxaraq təpikləməyə başladı"
İstiqlalçı Əbdülvahab Yurdsevərin "Bağırovun edamı" adlı məqaləsindən. "Azerbaycan" dərgisi, 50-51-ci qoşa saylar, səh.10. 1956-cı il.
Dilgam Ahmad












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru