"Arsenal"dan qol şousu: "Jirona" darmadağın edildi - VİDEO

Bu gün, 09:06           
"Arsenal"dan qol şousu: "Jirona" darmadağın edildi - VİDEO
"Arsenal" mövsümöncəsi hazırlıq çərçivəsində növbəti qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, London təmsilçisi yoldaşlıq görüşündə İspaniyanın "Jirona" komandasını 4:1 hesabı ilə üstələyib.

Matçda hesabı 16-cı dəqiqədə almaniyalı yarımmüdafiəçi Kay Haverts açıb. 30-cu dəqiqədə "Arsenal"ın yeni transferi Xristos Tsolis fərqi artırıb.

"Jirona"nın müdafiəçisi Arnau Martines 50-ci dəqiqədə fərqi azaltsa da, cəmi üç dəqiqə sonra 16 yaşlı Maks Doumen London klubunun üçüncü qolunu vurub. 55-ci dəqiqədə braziliyalı hücumçu Qabriel Jezus yekun hesabı müəyyənləşdirib - 4:1.

Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasının ilk turunda avqustun 21-də öz meydanında çempionatın debütantı "Koventri" ilə qarşılaşacaq.

"Jirona" isə İspaniya La Liqa 2-də ilk turun oyununda avqustun 16-da doğma meydanda "Leqanes"i qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru