Uğurlu əməliyyatlar davam edir... VİDEO

Bu gün, 09:45           
Uğurlu əməliyyatlar davam edir...  VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin dronları Rosatom-un konteyner gəmisini batırıb. FESCO Yanina gəmisinə gecə Novorossiyskdən təxminən 130 dəniz mili məsafədə beynəlxalq sularda iki dəniz dronu hücum edib. FESCO və Rosatom-un verdiyi məlumata görə, konteyner gəmisi zədələndikdən sonra batıb. Ekipaj xilas edilib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya bayrağı altında üzən Yanina konteyner gəmisinə dəyən ziyanın görüntülərini nümayiş etdirib. Ukrayna prezidentinin sözlərinə görə, Rusiya bayrağı altında üzən sanksiya altında olan gəmi Qara və Azov dənizlərinin sularında hücuma məruz qalıb və sonradan batıb. Onun tutumu 100.000 tonu keçib.
Elə həmin gecə Ukrayna Təhlükəsizlik Xidməti bölmələri Ukraynadan təxminən 1600 kilometr məsafədə yerləşən Başqırdıstanda üç Rusiya neft emalı zavodunun infrastrukturuna zərbə endirib.
"Dəqiqliyinizə görə təşəkkür edirəm!" - Zelenski yazıb.
Dadash Ahmadli













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru