Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"

Bu gün, 10:08           
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın ən qısa zamanda bağlanması şərtilə İrana planlaşdırılan zərbəni ləğv etdiyini bildirib.

"Report" xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, ABŞ tam döyüş hazırlığı vəziyyətindədir, lakin gələcək razılaşmanın ümumi şərtləri üzrə razılığa gəlmək mümkün olduğu üçün İran və digər Yaxın Şərq ölkələri hücumdan imtina etmək xahişi ilə Vaşinqtona müraciət edib.

Amerika lideri qeyd edib ki, razılaşmalar Hörmüz boğazının dərhal açılmasını və İran tərəfindən nüvə təhdidinə son qoyulmasını nəzərdə tutur.

"Bu xahişdən çıxış edərək, razılaşmanı tez bir zamanda bağlamağın mümkün olması şərtilə mən hücumu ləğv etməyə razılaşdım", - Tramp yazıb.

O, həmçinin İsrailin bu qərarı dəstəklədiyini bəyan edib və tərəfləri danışıqları mümkün qədər tez başa çatdırmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru