Moskvadakı partlayışla bağlı yeni detallar: Bombanı restorana qadının gətirdiyi ehtimal edilir
Bu gün, 10:57
Rusiyanın paytaxtı Moskvanın Kudininskaya meydanında yerləşən restoranda baş verən partlayışla bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin (MAK) İnformasiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 1-də, saat 19:55-də (Bakı vaxtı ilə 20:55) restoranda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Komitənin məlumatına görə, partlayış nəticəsində üç nəfər həlak olub. Ölənlər restorana partlayıcı qurğu keçirməkdə şübhəli bilinən naməlum qadın, onun içəri daxil olmasına mane olmağa çalışan mühafizəçi və restoranın ziyarətçilərindən biridir.
İlkin məlumata əsasən, əldəqayırma partlayıcı qurğunu restorana məhz həlak olan qadının gətirdiyi ehtimal olunur.