Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL

Bu gün, 10:24           
Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Rəsmi açıqlamalarda qeyri-neft-qaz sektoru üzrə ixracın azalması xüsisi qeyd olunur. İnsafən, meyvə-tərəvəz və çərəz satışı ölkəyə az pul gətirmir. Ayrı-ayrı istiqamətlər üzrə göstəricilərin artması müşahidə edilir. Məsələn, ilin ilk yarısında meşə fındığı satışından ölkəyə 95,3 milyon dollar gəlib. Keçən ilin eyni dövrü ilə müqayisədə 19 milyon dollar çoxdur. Çiyələk satışından gəlirlər ikiqat artıb. Pomidor, albalı, gilas ixracı daha çox pul qazandırmağa başlayıb. Buna baxmayaraq, qeyri-neft-qaz ixracında irəliyə doğru böyük addım atıldığını demək olmur.
Bizimyol.info xəbər verir ki, ilin ilk yarısında qeyri-neft-qaz ixracının keçən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,8 milyard dollar təşkil etdiyi bildirilir. Bunun nəzərəçarpan hissəsi qızılın payına düşür. İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında qeyd olunub ki, qızıl ixracının dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz artaraq 202,5 milyon dollar olub.. Təkcə iyunda 34,5 min dollarlıq qızıl satılıb. İş orasındadır, keçən il və ya son bir neçə ildə idxal olunan məhsulun satılması belə göstərici yaradıb. Ümumiyyətlə, son illər qızıl alışında qəribə fəallıq diqqət çəkir. 2025-ci ildə 57,4 ton həcmində qeyri-monetar qızıl idxal olunub. Bu proseslər ölkədən xaricə 6,26 milyard dollar valyuta axışına səbəb olub.

Keçən il Azərbaycan qızıl ixracını az qala dayanırmışdı. İsveçrədən başqa heç bir ölkəyə məhsul satılmırdı. Əvəzində Avstraliyadan, Rusiyadan, ABŞ-dən, Böyük Britaniyadan tonlarla qızıl alınmışdı. Məntiqini heç cür anlamadığımız bir məsələ odur ki, İsveçrəyə o qədər qızıl satmaqla yanaşı, həm də 4 tona yaxın məhsul almışdıq.

2022-2024-cü illərdə də qızıl idxalı az olmayıb. Ümumi alış 43 tona yaxınlaşıb.

Biz böyük həcmdə aldığımız qeyri-monetar qızılı satmağa başlamışıq. Təbii ki, bu da özünü qeyri-neft-qaz ixracında göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru