İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

16-08-2026, 10:34           
İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib.

"Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb.

Məlumata görə, araşdırma zamanı İranda müəyyən şəxslərlə əlaqə yaratmaq, onlarla gizli əməkdaşlıq qurmaq, eləcə də ölkə daxilində və xaricində belə əlaqələr şəbəkəsi formalaşdırmaq cəhdlərini təsdiqlədiyi iddia olunan sənədlər götürülüb.

Nazirlik həmçinin bildirib ki, bu fəaliyyətlə bağlı müqavilələrin üzərində Fransanın İrandakı keçmiş səfirinin imzası var. Bununla belə, nazirlik müqavilələrin məzmununu açıqlamayıb və onların konkret olaraq hansı fəaliyyəti təsdiqlədiyini izah etməyib.

İran hakimiyyəti diplomatların hərəkətlərini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və belə fəaliyyətə yol verilməyəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru