ABŞ bu dövlətlərə sanksiyalar tətbiq edəcək

Bu gün, 15:24           
ABŞ bu dövlətlərə sanksiyalar tətbiq edəcək
ABŞ-nin Maliyyə Nazirliyi İranla ticarət əlaqələri quran ölkələrə və təşkilatlara qarşı yönələcək ikinci dərəcəli sanksiyaların əhatə dairəsini genişləndirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton münaqişəyə son qoymaq məqsədilə rəsmi Tehrana qarşı iqtisadi təzyiqləri artırır və digər dövlətləri İranla iqtisadi əlaqələri kəsməyə məcbur edir.

Bu gün keçiriləcək mətbuat konfransında ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı atılacaq addımlarla bağlı daha ətraflı məlumat verəcək.

“Reuters”in mənbəsinin sözlərinə görə, nazir digər dövlətlərə ABŞ-nin mövqeyini dəstəkləməli olduqlarını, əks halda onların əsas təşkilat və şirkətlərinin təcrid olunma riski daşıdığını elan edəcək.

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Tehranı növbəti dəfə tənqid edib:

“İran tam çöküşün astanasındadır”.

Avqustun 24-də Bessent “X” sosial şəbəkəsində bildirmişdi ki, ABŞ İrana qarşı “maliyyə hücumu”na keçməyi planlaşdırır. Bundan əvvəl isə Tramp İrana qarşı misligörünməmiş miqyasda iqtisadi müharibənin başladığını elan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]