Türkiyədə polis deputatı döyərək xəstəxanalıq etdi - FOTO

Bu gün, 15:09           
Türkiyədə polis deputatı döyərək xəstəxanalıq etdi - FOTO
Türkiyənin İYİ Partiyasının Bursa millət vəkili Səlçuk Türkoğlu Ankarada qazilərin keçirdiyi aksiyaya dəstək verərkən polis müdaxiləsinə məruz qalıb.

Gununsesi.info bildirir ki, hadisə avqustun 24-də Ankaranın Kurtuluş Parkında baş verib. Qazilər və şəhid yaxınları hüquqları ilə bağlı tələblərini çatdırmaq məqsədilə aksiya keçiriblər.

Onlar aksiyanı Milli Müdafiə Nazirliyinin qarşısında davam etdirmək istəyərkən polis müdaxiləsi ilə qarşılaşıblar.

Aksiyaya dəstək vermək üçün qazilərin yanında olan İYİ Partiyanın Bursa millət vəkili Səlçuk Türkoğlu da polis müdaxiləsi zamanı xəsarət alıb. İYİ Partiyanın nümayəndələrinin açıqlamasına görə, deputatın müşaviri polis əməkdaşları tərəfindən saxlanılmağa cəhd edilərkən Türkoğlu ona müdaxilə edib. Bundan sonra deputatın da polis tərəfindən yerə yıxıldığı və döyüldüyü bildirilib.

İYİ Partiyanın qrup sədr müavini Turhan Çöməz Türkoğlunun başından zərbələr aldığını, yerə yıxıldığını və hadisə zamanı ürək spazmı keçirdiyini açıqlayıb.

Onun sözlərinə görə, deputatın vəziyyəti ilə əlaqədar təcili tibbi yardım çağırılıb və Türkoğlu Hacettepe Universiteti Tibb Fakültəsinin Təcili Tibbi Yardım şöbəsinə aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]