“İntiqam alacağıq” – İran bu ölkəni ittiham etdi

8-06-2017, 00:23           
“İntiqam alacağıq” – İran bu ölkəni ittiham etdi
İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) bu gün Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami “Mehr” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.

Bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.

Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru