"Rusiya Ukrayna ilə sərhədə rekord sayda əsgər yığıb" - Poroşenko

13-07-2015, 17:51           
"Rusiya Ukrayna ilə sərhədə rekord sayda əsgər yığıb" - Poroşenko
Pyotr Poroşenko ölkə kanallarından birinə verdiyi müsahibədə Rusiyanın Ukrayna sərhədinə rekord həddə əsgər yığdığını bildirib.

Avropa.info xəbər verir ki, Poroşenko bu məlumatları kəşfiyyat vasitəsilə əldə etdiklərini deyib. Poroşenko:

“Ukrayna sərhədində Rusiya SQ-nin rekord səviyyədə əsgər toplamasına dair kəşfiyyat məlumatı almışıq. Bu təkcə kəşfiyyat məlumatı deyil, NATO, ABŞ və AB mənbələri də bunu təsdiq edir”.

Poroşenko Ukrayna ordusunun döyüş hazırlığını kifayət qədər artırdığını, əsgərlərin psixoloji vəziyyətinin yuxarı səviyyədə olduğunu bildirib. Hal-hazırda ölkənin şərqində 64 min nəfər Ukrayna əsgəri xidmət edir. Bundan əlavə Milli Qvardiya və təhlükəsizlik orqanları da fəaliyyətdədir.

Ukraynanın sahib olduğu hərbi güclə istənilən hücumu geri oturtmağa qadir olduğunu deyən Poroşenko heç bir xarici təzyiqi qəbul etməyəcəklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]