İrəvana dostundan zərbə: Ərikləri Rusiyaya buraxılmır

14-07-2015, 10:33           
İrəvana dostundan zərbə: Ərikləri Rusiyaya buraxılmır
Ermənistandan ixrac edilən və tərkibində radioaktiv maddələr olan ərik meyvəsi Rusiya bazarlarına buraxılmır. Axar.az xəbər verir ki, Gürcüstan sərhədçiləri Yuxarı Lars sərhəd-buraxılış məntəqəsini erməni alverçilərin üzünə bağlayıb. Ermənistanın Beynəlxalq yükdaşımalar assosiasiyasının rəsmisi Gerbert Ambarsumyanın sözlərinə görə, sərhədçilərin bu addımı erməni məhsullarının zibilliyə atılması deməkdir: “Bu onu göstərir ki, gürcü və rus sərhədçilər arasında erməni kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına buraxılmaması barədə danışıqlar olub”. Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin yoxlamalarına görə, Ermənistandan gələn kənd təsərrüfatı mallarında radioaktiv maddələr aşkar edilib. Xatırladaq ki, iyunun 20-də Azərbaycan gömrükçüləri Ermənistan mənşəli 8 tondan artıq kənd təsərrüfatı məhsulunun Gürcüstandan ölkəyə gətirilməsinin qarşısını alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]