Məşhur Hikmətyar İŞİD-ə qoşulması xəbərini yalanladı - "Bu mənə qarşı..."

17-07-2015, 11:53           
Məşhur Hikmətyar İŞİD-ə qoşulması xəbərini yalanladı - "Bu mənə qarşı..."
Əfqanıstanın tanınmış liderlərindən olan Gülbəddin Hikmətyar IŞİD-ə dəstək verəcəyi ilə bağlı yayılmış xəbərlərini təkzib edib.

Avropa.info xəbər verir ki, "International Business Times" qəzetinin yaydığı bir xəbərdə Gülbəddin Hikmətyarın liderliyində olan "Hizb İslam" təşkilatının Əfqanıstanda möhkəmlənməyə çalışan IŞİD-ə dəstək verəcəyini iddia edib.

Himetyar haqqında çıxan bu xəbərləri xəbərlərini qəti şəkildə təkzib edib. Türkiyənin "Timetürk" saytına danışan Hikmətyar bu xəbərlərin onu zəiflətməyə və etibarsızlaşdırmaya hesablanmış məlumatlar olduğunu deyib.

Hikmətyarın 1977-ci ildə təşkil edilən "Hizb İslam" təşkilatı 1979-cu ildə başlayan Sovet işğalına qarşı vuruşub. O, 1996-cı ildə Taliban hakimiyyəti dövründə qısa müddətdə Əfqanıstanın baş naziri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]