İranda 14 yaşlı oğlan edam edildi — Homoseksual olduğu üçün

19-07-2015, 13:37           

İranda 14 yaşlı gənc edam edilib.

Bu barədə məlumatı iranlı jurnalist Əmir Taheri sosial şəbəkədə yayıb. İsfahan yay kampında din müəllimi şagird Əkbər Zargarzadehin homoseksual olduğunu iddia edilib.

14 yaşlı Əkbər şagirdlərin gözü qarşısında asılaraq edam edilib.

Edam zamanı din müəllimi homoseksualların öldürülməsinin vacib olduğunu, Allahın belə əmr etdiyini bildirib.

Ərəb dünyasında məşhur olan jurnalist Həsən Sarı yazdığı məqalədə İranın bu addımlarını İŞİD-ə bənzədib.

Qeyd edək ki, İran 2005-ci ildə 18 yaşlı Mahmud Asgari və 18 yaşlı Ayaz Marhonini homoseksual olduqları üçün xalq qarşısında asmışdı. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]