İki dövlət Rusiyaya qarşı təbliğat savaşına başladı

21-07-2015, 11:50           
İki dövlət Rusiyaya qarşı təbliğat savaşına başladı
Polşa və Hollandiya Rusiya təbliğatına qarşı səmərəli cavab vermək üçün Avropa İttifaqında rusdilli televiziya kanalı yaradır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Polşa radiosu yayıb.

Polşanın Xarici İşlər naziri Qjeqoj Sxetin televiziyanın yaradılmasını belə şərh edib:

”Bu, Hollandiyayla Polşanın təşəbbüsüdür. Lakin biz digər ölkələrin də bu işdə iştirak etməsini istərdik”.

Qeyd edək ki, sentyabrın 10-da Varşavada bu layihənin maliyyələşdirilməsi mövzusunda konfrans keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]