Saakaşvili milyonçunun çimərlikdəki hasarlarını sökdürdü

21-07-2015, 11:58           
Saakaşvili milyonçunun çimərlikdəki hasarlarını sökdürdü
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili şəhər çimərliklərini "zəbt" edən, hasarlar çəkərək "özəlləşdirən" iş adamlarına qarşı mübarizəsini davam etdirir.

Milli.az UNİAN-a istinadən bildirir ki, Mixail Saakaşvili dünən Odessa milisi, Fövqəladə Hallar Xidmətinin əməkdaşları ilə birlikdə Ukrayna Regionlar Partiyasının sabiq funksioneri, milyonçu Vasili Xmelnitskinin "Delfin" çimərliyindəki pansionatına yollanıb.

"Zelyonıy Bereq" adlı bu pansionat "Delfin" və "Çkalov" çimərlikləri arasındakı ərazini tam qəsb etmiş, dəniz sahilini hasarlamışdı.

M.Saakaşvilinin göstərişi ilə fəhlələr buldozerlə çimərlikdəki hasarı dağıdıblar.

"Buradakı bəzi adamlar çimərliklərə hasarlar çəkir, divarlar hörürlər. Həmin hasarların, divarların hamısı uçurulacaq. Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur", - M.Saakaşvili deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]