Azərbaycan Rusiya maşınlarının əsas idxalçılarından biri olacaq

21-07-2015, 16:00           
Azərbaycan Rusiya maşınlarının əsas idxalçılarından biri olacaq
Azərbaycan “LADA” markalı Rusiya istehsalı maşınların əsas idxalçılarından biri olacaq. Trend bu barədə “AvtoVAZ” şirkətinin direktoru Bu Anderssonun Rusiya mətbuatına verdiyi bəyanata əsasən məlumat verir.

B.Andersson bildirib ki, “LADA” avtomobilləri yeni standartlara keçdikdən sonra Rusiya bazarından başqa, 15-20 xarici dövlətdə də satışa çıxarılacaq: “İyulun 1-dən maşınlarımız Avropa standartlarına uyğun olacaq. Şirkət artıq 2015-ci ildə 70 min avtomobilin tədarükü ilə bağlı müqavilə imzalayıb. İlin yekunlarına əsasən, TOP-5 idxalçı arasında Qazaxıstan, Azərbaycan, Misir, Ukrayna və Almaniya yer alıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]