Ukrayna Jerar Depardyeni persona-non qrata elan etdi

22-07-2015, 11:27           
Ukrayna Jerar Depardyeni persona-non qrata elan etdi
Ukrayna Mədəniyyət Nazirliyi aktyor Jerar Depardyeni ölkənin milli təhlükəsizliyini təhdid edən incəsənət xadimlərinin "qara siyahı"sına daxil edib.

Bu barədə AzVision.az "Ouest-France" agentliyinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Ukrayna kinoteatrlarında və televiziyalarında Depardyenin iştirakı ilə bağlı filmlərin göstərilməsi qadağan edilib. Bundan sonra Depardyenin adını KİV-də çəkmək qadağandır. Fransız nəşri vurğulayır ki, aktyorun "qara siyahı"ya salınmasına səbəb onun "Rusiya və onun bir hissəsi olan Ukraynanı sevməsi" barədə bəyanatı və Rusiya prezidenti Vladimir Putini dəstəkləməsi barədə çıxışları olub.

Qeyd edək ki, 2013-cü ilin yanvarında Depardyeyə Rusiya vətəndaşlığını qəbul edib. Soçidə görüş zamanı Putin ona şəxsən Rusiya pasportunu təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]