Əl Qaidə lideri öldürüldü

24-07-2015, 22:00           
Əl Qaidə lideri öldürüldü
Əfqanıstanda ABŞ-ın təşkil etdiyi əməliyyatda Əl Qaidənin liderlərindən biri olan Əbu Xəlil əl-Sudani öldürülüb.

Axar.az xəbər verir ki, Pentaqonun yaydığı açıqlamada əməliyyatın iyulun 11-də Əfqanıstanın cənub-şərqində yerləşən Paktika bölgəsinə reallaşdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, əl-Sudani ABŞ hərbi bazasına hücuma hazırlaşırmış.

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama gələn ilin sonuna qədər Əfqanıstanda əməliyyat aparılmayacağını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]