10 milyardlıq xəzinə tapıldı (FOTO)

26-07-2015, 11:19           
10 milyardlıq xəzinə tapıldı (FOTO)
Rusiyanın Kalininqrad vilayətində 1-ci dünya müharibəsi dövründən qalmış milyardlarla Almaniya markası olan xəzinə aşkar edilib.

Könüllülər qrupu tərəfindən əvvəlcə metal yeşik tapılıb və sonradan müəyyən olunub ki, içindəki 10 milyardlıq marka əskinasları Veymar Respublikasi dövrünə aiddir.

Qusev şəhərinin Tarix Muzeyi mütəxəssisləri və administrasiya rəhbərliyinin iştirakı ilə açılan qutuda kağız əskinaslarla yanaşı, metal 50 “pfenniq” qəpiklər, əlyazma məktublar, o cümlədən Almaniya və Şərqi Prussiyanın vətənpərvərlik qəzetləri də olub.

Könüllülər qrupu tərəfindən tapılan xəzinə

Xatırladaq ki, Veymar Demokratik-Burjua Respublikası 1918-ci ildə noyabr inqilabı nəticəsində qurulub və respublika 1919-cu ildən 1933-cü ilədək mövcud olub. Kalininqrad vilayəti isə Rusiyada yeganə yerdir ki, tarixi Şərqi Prussiya ərazisində yerləşir və 1-ci dünya savaşı zamanı burada minlərlə hərbiçi dəfn edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]