Yaponiyada işsizlik son 25 ildə ən aşağı həddə düşüb

3-03-2018, 10:30           
Yaponiyada işsizlik son 25 ildə ən aşağı həddə düşüb
Yaponiyada işsizlik son 25 ildə ən aşağı həddə düşüb.

AZƏRTAC Yaponiya hökumətinə istinadla xəbər verir ki, cari ilin yanvarında ölkədə işsizlik səviyyəsi 2,5 faiz təşkil edib. Bu, əvvəlki ayın göstəricisindən 0,3 faiz aşağı olmaqla yanaşı, həm də 1993-cü ildən bəri isə ən aşağı göstəricidir.

Ölkədə 65 milyon nəfər işlə təmin edilib ki, bu da əvvəlki ildə olduğundan 920 min nəfər çoxdur. Məşğulluq son beş ildə dayanmadan artıb.

Bununla yanaşı, boş iş yerlərinin sayı iş axtaranların sayı ilə müqayisədə yüksək olaraq qalır və əvvəlki ayda olduğu kimi 1,59-a bərabərdir. Bu isə o deməkdir ki, hər 100 iş axtarana 159 iş yeri təklif olunur.

Rəsmi nümayəndələrin bildiridiyinə görə, burada istehsal sahələri üstünlük təşkil edir. Xüsusən avtomobil, yarımkeçiricilər və smartfon istehsalçıları daha çox iş yeri təklif edirlər. Həmin sahələrdə fəaliyyət göstərən şirkətlərdə boş iş yerlərinin sayının artmaqda davam edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru