Ali Rada qarşısında polislərə qumbara atan şəxs tutuldu

31-08-2015, 21:35           
Ali Rada qarşısında polislərə qumbara atan şəxs tutuldu
Ukrayna Ali Radasının binasını qoruyan polislərə qumbara atan şəxs saxlanılıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin rəisi Aleksandr Tereşuk deyib.

Onun sözlərinə görə, hazırda saxlanılanın şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, Ali Radanın binası qarşısında ölkə Konstitsusiyana dəyişikliklər edilməsi əleyhinə 3 mindən çox şəxsin iştirakı ilə nümayiş keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru