ABŞ vətəndaşlarını Türkiyəni tərk etməyə çağırıb

4-09-2015, 20:29           
ABŞ vətəndaşlarını Türkiyəni tərk etməyə çağırıb
ABŞ hökuməti Türkiyədə yaşayan amerikalı hərbçilərin və diplomatların ailələrini ölkə ərazisini tərk etməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə “France Presse” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Piter Kuka istinadən məlumat yayıb. ABŞ onlara xərcləri ilə bağlı kompensasiya ödəyəcəyini də bildirib.

Pentaqon Adana şəhəri yaxınlığındakı “İncirlik” hərbi bazasında və ABŞ-ın Adanadakı Baş Konsulluğunda 900 nəfər Amerika vətəndaşının yaşadığını bildirib. Onlara İŞİD-lə mübarizənin güclənməsi fonunda könüllü şəkildə Türkiyəni tərk etmələri təklif olunur. Piter Kuk təklifin hər hansı yeni insidentlə bağlı olmadığını söyləyib: “Adanadakı konsulluq adi rejimdə fəaliyyət göstərməkdə davam edəcək. Bu addım əlavə təhlükəsizlik tədbirləri üçün təklif edilir. Aydındır ki, bizim əməliyyatlardan sonra “İncirlik” bazasında çox şey dəyişib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru