İrəvanda aksiya dağıdılıb

12-09-2015, 10:08           

Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki aksiyanı dağıdıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polis Baqramyan prospektini aksiya iştirakçılarından təmizləyib.

Qarşıdurma nəticəsində saxlanılanların olduğu bildirilir. Polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verilmir.

Xatırladaq ki, ötən axşam İrəvanın mərkəzində “Talana yox!” vətəndaş təşəbbüsü elektrik enerjisinin bahalaşmasına etiraz olaraq yürüş keçirib, sonra isə Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bağlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru