Putin: “ABŞ-ın Azərbaycandakı kəşfiyyatı...”

26-04-2015, 18:11           

Şimali Qafqazdakı terror 1999-cu ildə Rusiyanın məhvin astanasına gətirib çıxarmışdı.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalında nümayiş olunan onun haqqında çəkilmiş “Prezident” filmində deyib.

“Mən özüm üçün qərar verdim: başqa yol yoxdur, sona qədər getmək lazımdır. Mən yaxşı xatırlayıram və mənə elə gəlir ki, bu haqda bir dəfə demişəm. Beynəlxalq terrorçularının ələ keçirilən yazışmalarını oxuyurdum. Orda yazırdılar: “İndi unikal tarixi hadisədir. Bizim Qafqazı Rusiyadan ayırmaq üçün imkanlarımız var”, - prezident deyib.

Putin bildirib ki, bir gün xüsusi xidmət orqanları Şimali Qafqaz terrorçuları ilə ABŞ-ın Azərbaycandakı xüsusi xidmət orqanlarının birbaşa əlaqəsi barədə məlumat verib:

“Orada real olaraq hətta terrorçulara nəqliyyatla da kömək edirdilər. Bu barədə mən ABŞ prezidentinə məlumat verdim. O isə həmin şəxsləri pis şəkildə təhqir edərək, məsələni həll edəcəyini mənə söz verdi”.

Prezidentin sözlərinə görə, Rusiya rəhbərliyinə aydın idi ki, vəziyyətə nəzarət edə bilməsə, ölkəni saxlamaq şanslarını itirəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]