Hərbi ekspert deputat Sədaqət Vəliyeva cavab verdi: "80 manatla yaralı döyüşçü 2 ildir nə ilə dolanır, nə yeyib içir, dərmanı nə ilə alır? "

15-07-2022, 14:48           
Hərbi ekspert deputat  Sədaqət Vəliyeva cavab verdi:
TEREF.AZ: Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib:
"Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hər zaman xüsusi qayğı ilə yanaşıb və müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet hədəflərindən olub."
Razıyam, doğrudur.
Amma 8100 nəfər yaralı döyüşçü fəaliyyət məhdudiyyəti əlilliyə uyğun gəlmədiyi üçün əlillik ala bilmir. Elə hərbçi var yaralandığına görə ordudan təxris edilib, amma əlil deyil. Buna görə də onların bir çoxunun qazandığı yeganə vəsait 80 manat Prezident təqaüdüdür. Ən ağrılı və ən vacib məsələ hazırda budur. Çünki əlil və ya şəhid ailəsi konkret qazancı var. 80 manatla yaralı döyüşçü 2 ildir nə ilə dolanır, nə yeyib içir, dərmanı nə ilə alır? Bəzisinin atası yoxdur, ailə də üstündədir. Eləsinin 3 uşağı da var. Bu məsələnin qabartmalıyıq, həll etməliyik. Müharibə bitəndən sonra hərbçilərlə əlaqədar parlamentdə qəbul edilən qərarlar hərbçilərdə və döyüşçülərdə bir qədər mənfi təəssürat da yaradıb. Zərurət duysanız bu problemlərin müzakirəsində iştirak etməyə hazıram.
Ədalət Verdiyev
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru