Xəbər verdiyimiz kimi, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşaya səfər edib. TEREF Modern.az-a istinadla xəbər verir ki, dövlət başçıları birgə nahar ediblər. Nahar menyusu Lukaşenkonun mətbuat xidməti tərəfindən paylaşılıb. Məlumata görə, menyuda Şuşa mətbəxinin nümunələri də olub. Həmin menyunu təqdim edirik: Tərəvəz/pendir assorti Qatıq-aş (Şuşa mətbəxi) Nərə balığı ləvəngisi Kükü Vələs yarpağından dolma Soğanda qızardılmış toyuq Sacda ət Təndirdə quzu Assorti kabab Boyana plov (Şuşa mətbəxi) Panna-kotta (İtaliyan şirniyyatı, şəkərsiz) Milli şirniyyatlar