“Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar: Saxta içkilər aşkarlandı

27-09-2025, 07:25           
“Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3, mənzil 5A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arzu Cəfər oğlu Rzalıya məxsus “Oliqarx Baku” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirib.
XALQ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, isti yeməklərin və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
Bundan başqa, müəssisədə üzərində saxtakarlıq əlamətləri olan alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq müvafiq sınaq laboratoriyasına təqdim edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru