Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO

6-10-2025, 12:08           
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO
​Binəqədi qəsəbəsində illərdir həllini tapmayan qeydiyyatsız evlər problemi yüzlərlə ailəni narahat edir.

AzTV xəbər verir ki, sakinlər yaşadıqları evlərin böyük əksəriyyətinin çıxarışının olmamasından şikayətlənirlər.
Qanunsuz tikilən yaşayış massivlərində minlərlə ailə hüquqsuz yaşayır. Sakinlərin əsas tələbi yaşadıqları evin qanuni sahibi olmaqdır.

Problemlə bağlı danışan bir sakin bildirib: "Məhəllədə heç kimdə qeydiyyat vəsiqəsi yoxdur. Hamımızın evi qeydiyyatsızdır. Çox istəyərdik qeydiyyata düşək".
Sənədsiz evlər məsələsi Binəqədi qəsəbəsində ciddi narazılıq yaradır və vətəndaşlar bu problemin tezliklə həll olunacağını ümid edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru