Naxçıvanın İqtisadi İnkişaf Nazirliyi deyir ki, bu il sahibkarlara 8,4 milyon manatlıq güzəştli maliyyə dəstəyi verilib.amma "şapka" dan söz açmır...
6-10-2025, 08:46
Naxçıvanın İqtisadi İnkişaf Nazirliyi deyir ki, bu il sahibkarlara 8,4 milyon manatlıq güzəştli maliyyə dəstəyi verilib. Məlumata görə, bu dəstəyin böyük hissəsi regionlardakı sahibkarlara verilib. Nazirlik vurğulayır ki, bu dəstək sayəsində 92 yeni iş yerinin açılması nəzərdə tutulur. Yerli sahibkarlar isə zaman-zaman verdikləri açıqlamalarda kredit verilərkən onlardan 10 faiz „şapka“ tələb olunduğunu bildirirlər. Bu səbəbdən adi sahibkarlar bu kreditdən yararlana bilmirlər və güzəştli maliyyə məmurların himayəsində olan iş adamlarına paylanır. Gündəlik Naxçıvan