“Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin rəhbəri növbəti “ağac soyqırımı” ilə gündəmdə-Videofakt

7-10-2025, 07:14           
“Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin rəhbəri növbəti “ağac soyqırımı” ilə gündəmdə-Videofakt
Son günlər Bakının bir neçə məhəlləsində, o cümlədən Nərimanov rayonu ərazisində ağacların kütləvi şəkildə kəsilməsi barədə vətəndaşların sosial şəbəkələrdə paylaşdığı görüntülər ciddi narazılıq doğurub. İddialara görə, bu dəfə ağacların məhv edilməsi “Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin tabeliyində olan briqadalar tərəfindən həyata keçirilib.

XALQ məlumat verir ki, Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birlyinin əməkdaşlarının köməyi və müşayəti ilə 20 ədəd iri gövdəli eldar şamı kəsilərək ərazidən uzaqlaşdırılıb. Məlumata görə həmin ağaclar adının açıqlanmadığı tikinti maqnatının sifarişi əsasında kəsilib və tikinti aparılması üçün ərazi yaşıllıqlardan təmizlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı ekologiya və təbii sərvətlər idarəsi isə məlum hadisəyə göz yumub.

Sakinlərin sözlərinə görə, sağlam və çoxillik ağaclar “abadlıq işləri” bəhanəsi ilə kökündən kəsilib.

Bu hal şəhərin ekoloji balansına, mikroiqliminə və vətəndaşların sağlam mühitdə yaşamaq hüququna zərbə vurur.

Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyindən münasibət öyrənmək mümkün olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru