Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana buraxıldı: AŞ PA-ya qayıtmağımız üçün ilk addım atıldı - AKTUAL

7-10-2025, 00:04           
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana buraxıldı: AŞ PA-ya qayıtmağımız üçün ilk addım atıldı - AKTUAL
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) iki illik fasilədən sonra Azərbaycana buraxılıb.

Gununsesi.info-nun Avropa Şurasından əldə etdiyi məlumata görə, qurum rəsmiləri 22 sentyabr — 3 oktyabr tarixləri arasında Azərbaycanda olub.

Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin saxlanma şəraiti və rəftarını, habelə həbsxana müəssisələrində saxlanılan şəxslərin durumunu yoxlamaq olub.
Səfər zamanı Komitə üzvləri bir sıra istintaq təcridxanaları, polis idarələrinin müvəqqəti saxlama yerlərinə baş çəkib.

Nümayəndə heyəti psixiatriya müəssisələrində saxlanılan şəxslərə göstərilən rəftar, şərait və hüquqi təminatları da araşdırıb.

Səfər həm də əvvəlki səfərlərdən sonra Komitənin verdiyi tövsiyələrə cavab olaraq Azərbaycan hakimiyyətinin gördüyü tədbirləri nəzərdən keçirmək imkanı olub.

Səfər çərçivəsində nümayəndə heyəti ədliyyə nazirinin müavini Toğrul Hüseynov, daxili işlər nazirinin müavini Oqtay Kərimov və səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də adıçəkilən nazirliklərin, polis və Penitensiar xidmətin digər rəhbər işçiləri ilə məsləhətləşmələr aparıb.

Daha sonra Baş Prokurorluğun prokurorları, Polis Akademiyasının əməkdaşları və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Milli Preventiv Qrupunun üzvləri ilə görüşlər keçirilib.

Səfərin sonunda nümayəndə heyəti Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini çatdırıb.

Məlumata görə, AŞ rəsmiləri Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxanası, Bakı Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Səbail Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Gəncə Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanası Yevlax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasında olub.

Qeyd edək ki, son iki ildə Azərbaycanla Avropa Şurası arasındakı gərginlik səbəbindən adıçəkilən komitənin rəsmiləri ölkəmizə buraxılmırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru