Qəzza məsələsi region üçün nə vəd edir?

11-10-2025, 09:04           
Qəzza məsələsi region üçün nə vəd edir?
İsrail və Həmas arasında sülh əldə edilsə də az keçmiş Tel Əviv tərəfi Qəzzaya yenidən zərbələr endirib.
Hələ bundan bir müddət öncə İsrail rəsmiləri mediaya Həması tamamilə aradan götürməyi qarşıya məqsəd qoyduqlarını açıqlamışdı.
Bu təşkilat İsrail üçün ona görə əsas rəqiblərdəndir ki,
Birincisi, Həmas Qəzzada əsas müqavimət təşkilatı olaraq fəaliyyət göstərir və Tel Əviv üçün cənub sərhədlərinin toxunulmazlığı üçün maneə kimi görülür.
2023 cü ilin 7 oktyabrı qruplaşmanın üzvləri ölkənin cənubunda yerləşən şəhərlərə hücum etdikdən və oradakı insanları əsir götürdükdən sonra Qəzzanın tam nəzarətə alınması və ordakı hərbi birliklərin aradan qaldırılması aktual məsələyə çevrildi.
İordan çayının sahilində yerləşən Fələstində hazırda hər hansı anti İsrail birliyə rast gəlinmir çünki, burada həm Tel Əvivin nəzarəti güclüdür həm də vaxtilə həmin qüvvələr hərbi yolla ləğv edilmişdir.
Qəzzada isə bunu etmək çətindir çünki, Həmas həm yeraltı tunellərdə güclü sistematik halda fəaliyyət göstərir həm də mülki əhali arasında da kifayət qədər sadə vətəndaş cildinə girmiş qruplaşma üzvü var.
Qəzza ələ keçirilərsə və qruplaşma ləğv edilərsə, bu İsrail rəsmilərinin fikrinə görə daxili asayişin qorunmasını asanlaşdıra bilər.
İkincisi, Qəzza İranın birbaşa olaraq İsrailin cənubunda de fakto for postudur və nə vaxtsa iki ölkə arasında münasibətlərin hərbi toqquşma səviyyəsinə çatacağı halda qarşı tərəf bu ərazini və oradakı hərbi qruplaşmaları Tel Əvivə qarşı istifadə edə, ərazisinə daxil etdirə bilər.
İsrail İrana bağlı qüvvələr olan Livandakı Hizbullahı geri çəkilməyə məcbur etməklə və Suriyanın Cənubunda yerləşən əraziləri ələ keçirməklə şimal sərhədlərinin qorunmasını təmin etdi. Qəzza vasitəsilə də cənubda eyni addımı atmaq istəyir.
Avropada Fələstin dövlətinin yaradılmasına və tanınmasına çalışılması əslində humanitar cəhətdən əlavə həm də siyasi məqsəd daşıyır.
Qəzzada gedən döyüşlər, yaranan humanitar fəlakət və sosial böhran böyük insan kütləsinin Avropa və digər inkişaf etmiş regionlara axın etməsinə səbəb ola bilər.
Miqrantlar iş, təhsil, sosial qayğı, rahat həyat və digər ehtiyaclar üçün həmin ölkələrə üz tutsalar son 10 ildə güclü miqrasiya dövrü yaşayan Avropa onlara maddi və sosial dəstək vermək üçün daha geniş həcmdə çalışmalıdır ki, bu da bir tərəfdən Ukrayna Rusiya müharibəsi fonunda Kiyevə milyardlarla dollar hərbi və iqtisadi yardımlar edən bölgə üçün əlavə məsələyə çevriləcək və tənəzzül yarada bilər.
Fələstin dövləti yaradılsa və beynəlxalq aləmdə tanınsa İsrailin onun ərazisinə hücumu hüquqi cəhətdən işğal faktı kimi qiymətləndiriləcək və Tel Əvivə qarşı sanksiyaların tətbiqinə yol açacaq.
İsrail üçün isə bu dövlətin tanınması qəbuledilməzdir çünki, beləcə həmin yeni yaradılan ölkənin daxilində anti İsrail qüvvələrə qarşı hərbi əməliyyatlar mümkün olmayacaq, qruplaşma üzvləri üçün geniş imkanlar açılacaq.
ABŞ da Fələstində bir sıra hərbi qrupların fəaliyyətinin əleyhinədir çünki, İsrail Yaxın Şərqdə Vaşinqton üçün əsas hərbi dayaq və baza rolunu oynayır.
ABŞ İran arasında hər hansı münaqişə ehtimalı halında Tel Əvivlə birgə hərbi əməliyyatlara başlaya Yaxın Şərqdəki Tehran meyilli qüvvələri ləğv edə və eyni zamanda İrana qarşı hücuma başlayıb bütün tərəfdaşlarını itirmiş halda onu asanlıqla məğlub edə bilər.
Beləcə, həm Cənub Şərqi Asiya regionunda yerləşən iqtisadi keçid xətləri, Yaxın Şərqdəki neft və qaz yataqlarının istifadəsi Vaşinqtonun əlinə keçə bilər .
Rusiya ilə Ukrayna arasında gedən müharibə və NATO nun Kiyevə dəstəyi fonunda İranı məğlub etmək Moskvanı əsas güclü dostlarından biri olan Tehrandan məhrum edəcək və sanksiyalardan yaranan maliyyə boşluğunu İranla olan əməkdaşlıqla bərpa etmək istəyi puç olacaq.
Beləcə, Ukraynaya qarşı hərbi əməliyyatlar zəifləyəcək və Rusiya iqtisadi, siyasi, ticari əlaqələr saxladığı bu ölkədən məhrum olacaq
İsa İsmayılzadə, siyasi şərhçi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru