"İkili vətəndaşlığı olan hər bir Azərbaycan vətəndaşı “Xidmətlər zərfi”nə daxil olan bütün tibbi xidmətlərdən istifadə edə bilər"

11-10-2025, 10:44           
"İkili vətəndaşlığı olan hər bir Azərbaycan vətəndaşı “Xidmətlər zərfi”nə daxil olan bütün tibbi xidmətlərdən istifadə edə bilər"
"İkili vətəndaşlığı olan hər bir Azərbaycan vətəndaşı “Xidmətlər zərfi”nə daxil olan bütün tibbi xidmətlərdən istifadə edə bilər"
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə səfər etdikləri zaman tibbi sığortadan yararlanıb-yararlana bilməyəcəkləri ilə bağlı mətbuatda məlumat yayılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) bildirib ki, icbari tibbi sığorta sistemi bütün Azərbaycan Respublikası ərazisində tətbiq olunur. Qurumun məlumatına görə, xaricdə yaşayan Azərbaycan vətəndaşları ölkəyə səfər etdikləri zaman Agentliyin Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilirlər.
Vətəndaşlar tibbi sığortanın hansı imkanlarından yaralana biləcəklər?
Məsələ ilə bağlı İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları sığortaolunan hesab edilir:

"Vətəndaşlar şəxsiyyət vəsiqəsilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzinə yaxınlaşaraq icbari tibbi sığortanın "Xidmətlər Zərfi"nə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər. "Xidmətlər Zərfi" icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

İlkin səhiyyə xidmətləri
Təcili və təxirəsalınmaz tibbi xidmətlər
İxtisaslaşdırılmış ambulator xidmətlər
Fizioterapiya xidmətləri
Laboratoriya xidmətləri
İnvaziv radioloji xidmətlər
Cərrahi tibbi xidmətlər
Stasionar terapevtik xidmətlər göstərilir.
Vətəndaşlar "Xidmətlər Zərfi"nə daxil olan 3315 tibbi xidmətdən istifadə edə bilərlər".

Qurumdan bildirilib ki, sığortaolunanlara icbari tibbi sığorta hesabına fizioterapiya və orqan transplantasiyası istisna olmaqla limitsiz tibbi xidmət göstərilir: “Vətəndaşlar fizioterapiya xidməti ilə bağlı il ərzində 30 dəfə tibb müəssisəsinə yaxınlaşıb, hər müraciətdə isə 3 fizioterapiya xidmətindən yararlana bilərlər.

Qeyd edək ki, qazilərə icbari tibbi sığorta ilə göstərilən fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq edilmir və onlar bu tibbi prosedurlardan növbəsiz şəkildə yararlana bilərlər. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib.

İcbari tibbi sığortaya daxil olan digər xidmətlərdən vətəndaşlar limitsiz şəkildə istifadə edə bilərlər. Sözügedən dövlət xəstəxanalarında hər hansı tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşlar göndəriş vərəqəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı 200-dən çox özəl tibb müəssisəsində icbari tibbi sığorta çərçivəsində tibbi xidmət ala bilərlər. İkili vətəndaşlığı olan hər bir Azərbaycan vətəndaşı “Xidmətlər zərfi”nə daxil olan bütün tibbi xidmətlərdən istifadə edə bilər. Yaş kateqoriyası yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru