KATV internet xidməti Yasamal və Abşeronda vətəndaşları dayandırılıb - Qaynar xəttə belə zəng etmək mümkün deyil

12-10-2025, 11:38           
KATV internet xidməti Yasamal və Abşeronda vətəndaşları dayandırılıb - Qaynar xəttə belə zəng etmək mümkün deyil
Bakunews.az xəbər verir ki, son günlər KATV şirkətinin internet xidməti ilə bağlı şikayətlər həm Yasamal, həm də Abşeron rayonlarında artmaqdadır. Sakinlər bildirirlər ki, internetdə tez-tez fasilələr yaranır, əlaqə kəsilir və problem uzun müddət aradan qaldırılmır.

Ən maraqlısı isə odur ki, abunəçilər yaranan nasazlıqlar barədə məlumat vermək üçün şirkətin 127 və (012) 310 01 27 nömrələrinə zəng etdikdə ümumiyyətlə əlaqə saxlaya bilmirlər. Zəng zamanı səs siqnalı gəlmədən xətt dərhal kəsilir.

Vətəndaşlar bunu açıq şəkildə istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək sual edirlər:

“Əgər müştəri qaynar xəttə belə zəng edə bilmirsə, bu, vətəndaşın hüquqlarının tapdalanması deyil, bəs nədir?”

Hazırda həm Yasamal, həm də Abşeron sakinləri problemin uzun müddətdir davam etdiyini bildirir və aidiyyəti qurumlardan məsələyə müdaxilə olunmasını tələb edirlər.

Bakunews.az məsələ ilə bağlı KATV rəhbərliyinin və aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru