Azərbaycan xalqının etnik kökləri barədə Ziya Bünyadovun elmi mövqeyi -= ARAŞDIRMA
13-10-2025, 08:24

Mərhum Akademik Ziya Bünyadov haqqında yazdığım postda bəzi dostlarım, izləyicilərin akademikin 90-cı illərin axırlarında H.Əliyevin təşəbbüsü ilə toplantıdaki fikirlərini əsas gətirərək tənqidi fikirlərini söylədilər. O zaman Rusiya və İran tərəfindən separatizm kartından istifadə etməsini görən Heydər Əliyevin zamana uyğun şəkildə Azərbaycan əhalisini " türk" yox "azərbaycanlı" olduğunu söylədi, onun mövqeyini Ziya Bünyadov da çıxışında təsdiq etdi . Bu bir siyası gediş idi , tarixi zərurətdən doğmuşdu. Ölkəmizdə separatçı ünsürlər , iran və Rusiyanın alətləri məhv edildikdən sonra mərhum Heydər Əliyev Azərbaycan xalqının türk, dilinin də türkdilli olduğunu dəfələrlə şəxsən söylədi, bu çıxışlar indi də sosial şəbəkələrdə, müxtəlif internet resurslarında var , mən də dəfələrlə paylaşmışam.
Gəlin Ziya Bünyadovun bu barədə kitablarına müraciət edək, əsl mövqeyini öyrənək.
“Азербайджан в VII–IX веках” (rus dilində nəşr olunmuş) əsərinin 1965-ci il Moskva nəşrində bu mövzu əsasən “Население Азербайджана и его этнический состав” (“Azərbaycanın əhalisi və onun etnik tərkibi”) adlı bölmədə geniş şəkildə izah olunur.
Orijinal mətnin aid hissəsi belədir .
Ziya Bünyadov, “Азербайджан в VII–IX веках”, Москва, 1965, s. 60–61:
> «В VII–IX вв. население Азербайджана состояло из различных по происхождению племен и народностей — местных албанских, ираноязычных и тюркоязычных.
Уже к этому времени тюркский элемент играл значительную роль в северных и западных областях страны.
Арабские источники упоминают о “тюрках”, населявших районы, входившие в состав исторического Азербайджана.
Все это свидетельствует о том, что тюркские племена не были чуждыми элементами, а составляли важную часть населения.
В дальнейшем, в результате их слияния с местным населением, складывается азербайджанский народ, язык которого становится тюркским.»
Azərbaycan dilinə tərcüməsi:
> VII–IX əsrlərdə Azərbaycanın əhalisi mənşəcə müxtəlif tayfa və xalqlardan ibarət idi – yerli alban, irandilli və türkdilli qruplardan.
Artıq bu dövrdə türk elementi ölkənin şimal və qərb bölgələrində mühüm rol oynayırdı.
Ərəb mənbələri Azərbaycanın tarixi ərazisində yaşayan “türklər”dən bəhs edir.
Bütün bunlar göstərir ki, türklər bu torpaqlarda yad ünsür deyildilər, əksinə, əhalinin mühüm bir hissəsini təşkil edirdilər.
Sonralar onların yerli əhali ilə birləşməsi nəticəsində Azərbaycan xalqı formalaşmış, onun dili türkcə olmuşdur.
Bu hissə Ziya Bünyadovun elmi mövqeyini çox aydın ifadə edir:
O, Azərbaycan xalqının VII–IX əsrlərdə formalaşmağa başladığını,
türkdilli tayfaların əsas etnoqrafik baza rolunu oynadığının və Azərbaycan türkcəsinin bu qarışıq prosesin nəticəsində formalaşdığını göstərir.
Onu da qeyd edim ki, Ziya Bünyadov bu əsərinə görə 70-ci illərdə KQB tərəfindən, mərkəzi komitə tərəfindən təzyiqələrə məruz qalıb. Onun sadəcə yüksək statusu sayəsində təqiblərdən qurtula bilib.
Джавид Дамирли
Teref.net

