Qaralovun Qarabağ arzusu - KEÇMİŞ BAŞ PROKUROR YENİDƏN VARLANMAQ İSTƏYİNƏ DÜŞÜB

14-10-2025, 10:26           
Qaralovun Qarabağ arzusu - KEÇMİŞ BAŞ PROKUROR YENİDƏN VARLANMAQ İSTƏYİNƏ DÜŞÜB
Baş prokuror olduğu dönəm illərində dövlətin əsas tikinti infrastrukturunun qurulmasına cəlb edilən əsas şirkətlərdən birinin – “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın faktiki sahib olan Zakir Qaralov bir neçə illik fasilədən sonra məşhur şirkətini yenidən inşaat sektoruna salmaq istəyir.

Bu barədə Gununsesi.info-ya sabiq baş prokurora yaxın mənbələr bildirib.

Məlumata görə, Zakir Qaralov son zamanlar Akkord Şirkətinin ofisində görünməyə başlayıb.

Şirkətin köhnə problemlərinin həllinə çalışan Qaralov onu işğaldan azad edilmiş bölgələrdə inşaat işlərinə salmaq istəyir.

Məlumata görə Zakir Qaralov yaxın dostu olan “Bank of Azərbaycan”ın İdarə Heyətinin sabiq sədri Müslüm Mürsəlovu şirkətin başına gətirib.

Bu o, Mürəslovdur onun həyat yoldaşı Baş Prokurorluqda Dövlət İttihamını Müdafiə İdarəsinin prokurorudur.

Müslüm Mürsəlov hazırda Akkkord-un problemlərinin həlli ilə məşğuldur.

Belə ki, şirkətin çoxsaylı məhkəmə çəkişmələri, habelə vergi orqanları qarşısında borc öhdəlikləri var.

Bildirilir ki, Qaralov bu problemləri çözəndən sonra Qarabağda inşaat işlərinə girəcək.

Amma inandırıcı deyil ki, “vurulmuş” Zakir Qaralovun Akkord kimi talançı və yarıtmaz bir şirkətinə kimsə tender versin.

Bu o zamanlar idi ki, Zakir Qaralov baş prokuror idi və bütün böyük tenderləri ancaq Akkord “qazanırdı”.

Akkord-un Bakı-Quba yolunda yüz milyonları necə mənimsədiyi və çəkdiyi yolun 3-4 ilə dağılmasını da Azərbaycan xalqı unutmayıb.

Ona görə də inanmaq istərdik ki, Qaralovun Qarabağ sevdası baş tutmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru