Ramiz Mehdiyevə qarşı cinayət işinin açılması isə Rusiyanın Azərbaycandakı şəbəkəsinə dəhşətli zərbə oldu...

15-10-2025, 12:24           
Ramiz Mehdiyevə qarşı cinayət işinin açılması isə Rusiyanın Azərbaycandakı şəbəkəsinə dəhşətli zərbə oldu...
Prezident Administrasiyasının sabiq rəhbəri, "Boz Kardinal" ləqəbi ilə tanınan Ramiz Mehdiyevə cinayət işi açılıb, 4 aylıq ev dustaqlığı verilib.
Xatırladım ki, Aleksandr Dümanın 1844-cü ildə yazdığı “Üç muşketyor” romanında “Boz Kardinal”la bağlı belə bir cümlə var: “Onun adı hər yerdə ancaq və ancaq pıçıltı ilə çəkilirdi”. Çünki o, qorxu və qəddarlığın rəmzinə çevrilərək insanların varlığına hopmuşdu.
Məmnunluqla qeyd edirəm ki, mən əlimə qələm alandan Ramiz Mehdiyevi tənqid etmişəm, özü də ən sərt şəkildə. Ancaq iqtidarda da, müxalifətdə də Ramiz Mehdiyevin ayaqqabısını yalayanlar çox olub...
Çox-çox təəssüf edirəm ki, bu günü Sirus Təbrizli görmədi. Yeni Azərbaycan Partiyasını "Simasız Quldurlar Partiyası" adlandıran Sirus bəy Boz Kardinalın əsas düşmənlərindən biri idi. Heydər Əliyevlə son dərəcə yaxın olan Sirus Təbrizli Ramiz Mehdiyevin qəzəbinə gəlmişdi. Heydər Əliyevin ölümündən sonra Ramiz Mehdiyevin göstərişi ilə Sirus bəyə qarşı YAP-ın daxilində total kampaniya başladı.
Sirus bəy olmasaydı bəlkə də YAP məni 25 il öncə aradan götürmüşdü. Belə ki, Naxçıvan xanı Vasif Talıbovun əmri ilə 2000-ci ildə məni Bakıdan oğurlayıb Naxçıvana aprdılar. Orada isə zindana atdılar. O vaxt Azərbaycanın mətbuat və informasiya naziri olan Sirus bəy olmasaydı məni öldürə də bilərdilər. Məhz o, mənim azad olunmağım üçün Heydər Əliyevi yola gətirdi. Düzdür, Azərbaycandakı ABŞ başda olmaqla Qərb ölkələrinin səfirləri də mənim dərhal azad olunamağımı tələb edirdilər. Azad olunandan sonra isə Sirus bəy məni şəxsən qəbul etdi. Xeyli dərdləşdik. İşıqlı adam idi...
Allah Sirus Təbrizliyə rəhmət eləsin, Ramiz Mehdiyev isə yalnız və yalnız lənətə layiqdir. Təkcə mənim həbsimə görə yox. Bu, xırda söhbətdir. Azərbaycan dövlətinin maraqlarını Rusiyaya satdığına görə gələcək nəsillər də Ramiz Mehdiyevi lənətləyəcək...
Ona qarşı cinayət işinin açılması isə Rusiyanın Azərbaycandakı şəbəkəsinə dəhşətli zərbə oldu...
Elbeyi Hesenli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru