Ruhu o, cismi bu dünyada olan adam...

16-10-2025, 07:04           
Ruhu o, cismi bu dünyada olan adam...
Budur bax, Putinin dostluq-qardaşlığı. Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə qardaşlıq, həm müttəfiqlik etdi. Ona, oraya Rusiya hərbi bazası, qoşunlarını töküb, İranla birgə, səni qoruyacam deyib, ölkənin varı-sərvətini sümürdü. Sonra isə, Qərb və Türkiyənin dəstəklədiyi üsyançılar açıq hərəkətə keçib, Əsədə qarşı Dəməşqə hücuma keçəndə, İranı da qoltuğuna vuraraq, Bəşəri tək buraxıb, qoşununu götürüb tələsik aradan çıxdı.
Sonra da, Bəşər yıxılıb ölümdən qaçıb da özünə yer axtaranda, dedi qorxma nəyin var, götür gəl Moskvaya, sənin qoruyacam. Bəşər də nəyi var, qalan milyard sərvətini təyyarəyə qoyub, gətirib verdi, yenə Putinə. Putin isə, Moskva ətrafında ona bir qapalı yer ayırdı, dedi burdan tərpənmə, mühafizə-nəzarətdəsən, heç kimlə görüşmə və müsahibə vermə, yoxsa, səni düşmənlər vurar. Elə, buradaca tam, ömrünün axırına kimi çürü!
İndi, də Putin, bu tərəfdən də, Suriyada üsyana rəhbərlik edib, onun oradakı hərbi bazasını əzib dağıdan, qoşunlarını da, dostu Əsədi də qovan yeni Suriya Prezidenti Əhməd Əl Şaraanı böyük təntənə ilə Kremldə qəbul edir. Ona təriflər, xoş sözlər deyir, Rusiya-Suriya dostluğunun 70 illik tarixindən danışır. Bəşərin atası, Hafiz Əsədin Suriya prezidenti dövr Brejnevlə dostluğundan.
Bəşər Əsəd də, oturub "ev dustaqlığında", baxıb bu kadrlara, bu Putin həyasızıığının dərəcəsinə və görəsən, nə düşünür? Beyni, ruhundan nələr keçir bu insanın? Anlayırmı, bu, elə əsl Putindir? Putin isə, əslində ruhən köçüb, paralel dünyada yaşayır, oradan öz cisminə baxıb heç düşünmür ki, onun Kremldəki bu yüksək qəbulu kadrlarına baxan kimsə ona daha inanmaz... Vecinə deyil!
P. S.
HƏMAS-la da belə etdi, bax. İranla birgə onlara, silah-pul verib, irəli terrora atdı, sonra da çəkilib də, onları İsrailə qırdırdı. İndi də Qəzza sazişini rəsmi, alqışlayır, HƏMAS-ı tərksilah edən sazişi.
Ilqar Altay
Teref.net













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru